Kosta “Çelsi” rəhbərliyindən müqaviləsinə xitam verilməsini tələb edəcək

Dieqo Koşta “Çelsi”nin baş məşqçisi Antonio Kontenin növbəti mövsüm üçün planlarına daxil deyil. 

Newsport.az-ın məlumatına görə, Koşta komanda ilə birgə məşq etmir.

O, fərdi qaydada məşq edərək, formasını qorumağa çalışır. Sosial şəbəkələrdə hücumçunun trenajor zalında məşq zamanı çəkilmiş şəkli yayılıb.

Məlumata görə, futbolçu “Çelsi” rəhbərliyinə müraciət edərək, müqaviləsinə xitam verilməsini tələb edəcək. Maraqlıdı ki, onunla bağlı heç bir klub “Çelsi”yə rəsmi müraciət göndərməyib. Futbolçu ilə bağlı məlumatlar ancaq söz-söhbət səviyyəsindədi.

Məlumata görə, “Milan” da onunla maraqlanır. Hətta sabiq klubu “Atletiko”nun da Koştanın xidmətində maraqlı olduğu deyilir. Ancaq transfer qadağasına görə, “hindular” onu heyətə yalnız qışda cəlb edə bilərlər. Daha bir versiyaya görə, Koşta 6 ay “Milan”da icarə əsasında oynayıb, “Atletiko”ya qoşula bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right