Əsgərov hesabı açdı, komandası 5 qola sevindi

Latviya birinci liqasında 14-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "JDFS Alberts" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1.

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Oyunda hesabı da 19-cu dəqiqədə futbolçumuz açıb. Bu, onun cari mövsümdə vurduğu 11-ci qol olub.

"Olayne" 14 turdan sonra 26 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right