Mbappe "Monako"dan ayrılmaq istəyir

“Monako”nun futbolçusu Kilian Mbappe komandadan ayrılmaq qərarına gəlib.

Newsport.az xəbər verir ki, ötən mövsümkü oyunu ilə Avropanın top klublarının diqqət mərkəzinə düşən 18 yaşlı hücumçu “Monako” rəhbərliyi ilə danışaraq ayrılmaq istədiyini bildirib.

“Barselona”nın futbolçusu Neymarın gedişindən sonra onun yerinə Mbappeni transfer edəcəyi iddia edilir. Bundan başqa, "Real"ın da onu transfer edəcəyi haqda xəbərlər yayılmaqdadır.

Qeyd edək ki, fransalı forvard ötən mövsüm ümumilikdə  44 oyunda 26 qol vurub, 14 qolun ötürməsini edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right