"Barselona"nın məşqində qalmaqal: Neymar yeni transferlə dava etdi

“Barselona”nın bu gün məşqində qalmaqal baş verib. 

Newsport.az-ın məlumatına görə, Neymarla yeni transfer Nelson Semedu arasında gərginlik yaşanıb. Neymar Semedunun topa oynayarkən onun ayağına kobud şəkildə müdaxiləsinə sərt reaksiya verib.

Bu zaman braziliyalı hücumçu portuqaliyalı müdafiəçinin üzərinə şığıyaraq ona yumruqla zərbə endirmək istəyib. Lakin digər oyunçular ona mane olublar. Hadisədən sonra Neymar məşqi yarımçıq tərk edib.

Qeyd edək ki, son günlər Neymarın “Barselona”nı tərk edərək PSJ-yə keçəcəyi iddia olunur. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right