Erməni futbolçu Ramil Şeydayevlə komanda yoldaşı olacaq

Millimizin komandamızın futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” transfer fəaliyyətini davam etdirir. Son Slovakiya çempionu heyətinə erməni futbolçu Vahan Bıçaxçıyanı qatmağa hazırlaşır.

 

Newsport.az xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yer alıb. Xəbərdə qeyd edilir ki, "Jilina" gələcəyin istedadlı futbolçusu hesab edilən 18 yaşlı futbolçunun keçidiylə bağlı onun üzvü olduğu “Şirak” klubuyla ilkin danışıqlarda müsbət nəticə əldə edib. Əgər hər hansı problem çıxmasa Vahan "Jilina"ya transfer olacaq.

 

Daha öncə futbolçuyla “Benfika”, ”Qalatasaray”, “Zenit” və ÇSKA kimi klubların maraqlandığı barədə xəbərlər yayılmışdı. "Şirak" hətta rəsmi saytı vasitəsilə Bıçaxçıyanı "Qalatasaray"a heç bir halda satmayacaqları bəyan etmişdi.

 

Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi sol cinahda çıxış edir. Bıçakçıyan ötən mövsüm “Şirak”"ın heyətində 28 oyuna 6 qol vurub və 5 assist edib. Gənc oyunçu oyun stilinə görə "Mançester Siti"də forma geyinən Kevin De Brüyneyə bənzədilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right