"Yuventus" ürək döyüntüsündə problem çıxan futbolçudan imtina etdi

“Sampdoriya”nın hücumçusu Patrik Şikin “Yuventus”a transferi son anda baş tutmayıb.

 

Newsport.az xəbər verir ki, buna səbəb çexiyalı futbolçunun tibbi baxışdan keçərkən həkimlərin Şikin ürəyində döyüntülərdə ritm pozulmasını aşkarlaması olub. Buna görə də "qoca sinyora" 21 yaşlı forvardı sıralarına qatmaqdan imtina edib.

 

Futbolçunun transferi üçün "Yuventus" "Sampdoriya"ya 30,5 milyon avro ödəyəcəkdi. Çexiya millisinin üzvü yenidən komandasına qayıdıb.

 

Şik ötən mövsüm İtaliya A seriyasında 32 oyunda 11 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right