Xavi: "Futbolçu kimi mənim üçün son mövsüm olacaq"

"Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda "Əl Sadd"da çıxış edən Xavi 2017/2018 mövsümünün sonu futbolçu karyerasını başa vuracağını açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə 37 yaşlı oyunçu bildirib: "Futbolçu kimi mənim üçün son mövsüm olacaq. Amma mən futbolda qalacağam. Məşqçi olmağı düşünürəm. Buna görə də hazırlaşmalıyam".

Qeyd edək ki, Xavi 1995-2015-ci illərdə Kataloniya klubunda oynayıb. O, daha sonra "Əl Sadd"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right