"Tottenhem"in futbolçusu "Mançester Siti"də

"Tottenhem"in futbolçusu Kayl Uolker "Mançester Siti"yə keçib.

Newsport.az-ın məlumatına görə, bu barədə "şəhərlilər"in rəsmi saytı xəbər yayıb.

İngiltərə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. Bu transferin Mançester təmsilçisinə 56 milyon avroya başa gəldiyini bildirilir.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 33 oyuna çıxıb və 5 qolun ötürməsini edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right