Donnarumma: "Azarkeşlərə "xəyanət" hissini verdiyim üçün üzr istəyirəm"

Canluici Donnarumma "Milan"la müqaviləsini 4 il uzadıb. 

Azarkeşlər bir müddət öncə "qırmızı-qaralar"la müqavilə uzatmaq barəsində razılıq əldə etmədiyi üçün gənc oyunçuya və onun agenti Mino Rayolaya böyük təzyiq etmişdilər. Hətta İtaliyanın U-21 millisinin heyətində oyun zamanı Donnarummaya saxta dollar atılmışdı.

Newsport.az-ın məlumatına görə, sözləşməsini yeniləyən 18 yaşlı qolkiper azarkeşlərə səslənib: "Milan" formasını geyinmək qürurdur. Bundan şübhə olmasın. Azarkeşlərə "xəyanət" hissini verdiyim üçün üzr istəyirəm. Mən formama və azarkeşlərə xəyanət etməmişəm. Söz-söhbətlər böyüsə də mənim "Milan"dan ayrılmaq niyyətim olmayıb".

Qeyd edək ki, Donnarumma "Milan"ın yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right