"Bavariya"dan "Yuventus"a keçdi

“Yuventus” heyətini yeni futbolçuyla gücləndirib.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Duqlas Kostanı heyətinə cəlb edib.

“Qoca sinyora” braziliyalı yarımmüdafiəçini icarəyə götürüb. Müqaviləyə əsasən, italyanlar icarə müddətinin sonunda 26 yaşlı futbolçunun xidmətindən razı qalacağı təqdirdə, onu transfer etmək hüququna sahib olacaqlar.

Xatırladaq ki, Kosta “Bavariya”ya 2015-ci ildə “Şaxtyor”dan transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right