"Azərbaycana vurduğum qolu unutmayacağam" Bolqarıstanlı futbolçu

Bolqarıstan millisinin və "Nefteximik" klubunun futbolçusu Ventsislav Xristov karyerasının ən yaddaqalan anını xatırlayıb.

 

Newsport.az xəbər verir ki, 28 yaşlı forvard “Sport Turbo”ya geniş müsahibəsində Azərbaycanla matçı da yada salıb.

 

Belə ki, Xristof 2016-cı ilə keçirilən Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində baş tutmuş Azərbaycan – Bolqarıstan matçını unutmadığını vurğulayıb. Həmin qarşılaşmanın 87-ci dəqiqəsində qələbə qoluna imza atan forvard o anları belə xatırlayıb: "Bu, mənim yığmada debüt matçım idi. Meydana sonradan daxil olsam da, qol vurmağı bacarmışdım. Bu qolu unutmayacağam". 

 

Qeyd edək ki, 2014-cü il sentyabrın 9-da Bakıda keçirilən Azərbaycan - Bolqarıstan görüşündə qonaqlar 2:1 hesablı qələbə qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right