"Həmin hadisədən sonra azərbaycanlı jurnalistlərlə münasibətim pisləşdi" - Sabiq "Qəbələ"li

"Azərbaycan haqqında geniş məlumatım yox idi. Mənim "Qəbələ"yə keçidimi Roman Qriqorçuk təşkil etmişdi. Belə bir təklif aldım və Azərbaycanda oynayan ukraynalılarla danışdıqdan sonra "Qəbələ"yə keçdim".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin sabiq futbolçuu Aleksey Antonov deyib. Hazırda Macarıstanın "Girmot" klubunda çıxış edən ukraynalı futbolçu ölkəsinin mətbuatına geniş müsahibə verib. O, müsahibəsi zamanı "Qəbələ"dəki karyerasından da danışıb.

31 yaşlı futbolçu "Qəbələ"dəki karyerasını belə dəyərləndirib: "Qəbələ"yə keçidim səhv addım deyildi. Baş məşqçimiz həmyerlimiz idi, bir neçə ukraynalı futbolçu Azərbaycanda çıxış edirdi. İlk vaxtlar özümü yaxşı hiss edirdim, hətta qollarımı da sıralayırdım. Amma sonradan alınmadı. Niyə alınmadığının səbəbini bilmirəm".

Hücumçu azərbaycanlı jurnalistlərin təzyiqinə məruz qaldığını da dilə gətirib: "Azərbaycandakı jurnalistlərə münasibətim o qədər də yaxşı deyildi. Keçirdiyimiz oyundan sonra məni "mix zona"ya dəvət etdilər və yersiz suallar verməyə başladılar. Mən isə buna etiraz etdim və bu, böyük qalmaqala səbəb oldu. Bundan sonra jurnalistlərlə münasibətim pisləşdi. Elə zənn edirdilər ki, onlara qarşı hörmətsizlik etmişəm. Amma belə deyildi".

Antonov "Qəbələ"dən göndərilməsini belə izah edib: "Həqiqətən də bunun səbəbini bilmirəm. Niyə göndərildim? Bunu klub rəhbərliyindən soruşmağınız daha yaxşı olar. Bütün oyunlarda var gücümlə oynayırdım, məşqlərdə üzərimdə çox işləyirdim. Göndərilməyim hələ də mənə aydın deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right