"Bursaspor"un baş məşqçisi millimizin üzvü haqda danışdı

"Bursaspor"un baş məşqçisi Paul Le Quen açıqlama verib.

Newsport.az-ın məlumatına görə, fransız mütəxəssis millimizin üzvü Dəniz Yılmazın gələcək karyerasından söz açıb:

"Bura gəlməmişdən öncə komandanı izləyirdim və Dəniz Yılmaz adlı bir oyunçu var idi. Səviyyəli və yaxşı futbolçu idi. Bu, indi də belədir. Bizə kömək edəcəyini düşünürdüm. Artıq bütün məsələlərdən agah olmuşam. Klub rəhbərliyi ilə də problem yaşayıb. Çox təəssüflər ki, onun üçün yaxşı olmadı. Sarsıntı yaşayanda unutmaq çətindi. Həyat belədir, bəzən bu kimi şeyləri dəyişdirə, bəzən isə dəyişdirə bilmirsiniz. Artıq Dənizlə münasibətlər pozulub. Ancaq vəziyyətin dəyişəcəyinə inanıram".

Qeyd edək ki, Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right