"Mançester Yunayted"dən 85 milyon avroluq transfer

"Mançester Yunayted" hücum xəttini gücləndirib.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" "Everton"un futbolçusu Romelu Lukakunu transfer edib. Məlumatı klubun rəsmi saytı yayıb. Belçika yığmasının hücumçusu yeni mövsümdən etibarən "Mançester Yunayted"də çıxış edəcək.

"Mançester Yunayted" bu keçid üçün Liverpul təmsilçisinə 85 milyon avro təzminat ödəyib. 

Qeyd edək ki, 24 yaşlı forvard 2014-cü ildə "Çelsi"dən "Everton"a 28 milyon funt-sterlinqə transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right