Super Liqa klubunda nigeriyalı forvard

Türkiyənin "Konyaspor" klubu heyətinə yeni hücumçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, Super Liqa klubu nigeriyalı İmo Ezekiel ilə güclənib. Bu barədə Konya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Konyalıların yeni transferinin karyerası demək olar ki, Belçika ilə bağlıdı. Ölkəsinin "36 Layons" klubunun yetirməsi olan futbolçu 2012-ci ildə Belçika "Standard"ına üz tutub. 2014-cü ildə Qətərin "Əl-Ərəbi" klubu onu transfer etsə də, 2015-də "Standard" yenidən sabiq forvardını icarəyə götürüb. 2015/16 mövsümünü də "Anderlext"də icarədə keçirən futbolçu Türkiyə klubuna azad agent kimi transfer olunub.

Ezekiel Nigeriya yığmasında 1 oyuna çıxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right