Milli komandada yeni baş məşqçi

Futbol üzrə Qətər yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Asiya təmsilçisini bundan sonra Feliks Sançes çalışdıracaq. Bu barədə Qətər Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, buna qədər Qətərin gənclərdən ibarət yığmasını çalışdıran ispaniyalı mütəxəssis artıq əsas millinin baş məşqçisi postyuna təyin olunub.

Qeyd edək ki, Qətər yığmasını Sançesdən öncə son bir ildə Xorxe Fossati çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right