"Karvan" yenidən qayıdır!

"Karvan" 3 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Newsport.az-ın məlumatına görə,  Yevlax təmsilçisi iyulun 3-də bir araya gələcək. Kənan Kərimovun rəhbərliyi altında doğma məkanda yığışacaqlar.

Komanda əsasın yevlaxlı gənclərdən formalaşdırılacaq. UEFA Kubokunda mərhələ keçən ilk Azərbaycan klubu olan "Karvan"a bu dəfə İranda fəaliyyət göstərən azərbaycanlı iş adamları maliyyə dəstəyi verəcək.
 
Hələlik adı açıqlanmayan şirkət "Karvan"ın I Divizionda mübarizə aparmasına köməklik göstərməyə söz verib. Peşəkar Fubol Liqası artıq bundan xəbərdardı və onlara dəstək vəd olunub.

sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right