Maksim Medvedevi cəzalandıran hakim finalı idarə edəcək

Konfederasiyalar kubokunun finalında keçiriləcək Çili - Almaniya oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçı Serbiya Futbol Federasiyasından Milorad Maziç idarə edəcək. Ona Milovan Ristiç və Dalibor Durdeviç köməklik edəcək. Dördüncü hakim funksiyasının Damir Skomina yerinə yetirəcək.

Çili - Almaniya görüşü bu gün Bakı vaxtı ilə 22:00-da keçiriləcək.

Əlavə edək ki, Milorad Maziç 2010-cu ildə ÇI-nın II təsnifat mərhələsində keçirilən "Lex" - "İnter" matçını idarə edib. Həmin oyunda "İnter" qələbə qazansa da, penaltilər seriyasında "Lex"ə məğlub olmuşdu və mübarizəni dayandırmışdı.

Bundan əlavə, Maziç DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan - Rusiya (1:1) matçını idarə edib. Serbiyalı referi həmin matçda Maksim Medvedevə qırmızı vərəqə göstərmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right