"İnter" Perişiçə görə MY-dən 55 milyon avro tələb edir

İngiltərənin "Mançester Yunayted" klubu İtaliya "İnter"ində çıxış edən İvan Perişiçi heyətinə qatmağa çalışır.

Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi də öz növbəsində bu transferdən yaxşı gəlir əldə etməkdə maraqlıdı. Belə ki, İtaliya klubunun rəhbərliyi qarşı tərəfdən Perişiçə görə, 55 milyon avro tələb edir. "Qırmızı şeytanlar" hücumameylli yarımmüdafiəçiyə görə 40 milyon avro ödəməyə hazır olduğunu bildirib. Bundan əlavə futbolçunun MY-dəki çıxışından asılı olaraq müəyyən bonus da təklif olunur. Tərəflər arasındakı fikir ayrılığı səbəbindən danışıqlar hələ də davam edir.

Qeyd edək ki, Perişiçin MY-nin baş məşqçisi Joze Mourinyonun komandasını gücləndirməyə namizəd göstərdiyi 4 əsas futbolçudan biri olduğu bildirilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right