Yılmaz Vural yenə işsiz qaldı

Türkiyənin “Göztəpə” klubu komandanı Super Liqaya çıxaran baş məşqçisi Yılmaz Vuralla yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, birinci liqanın bitməsinə 9 həftə qalmış İzmir klubunun “sükanı arxasına” keçən Vural, komandanı Super Liqaya çıxarmışdı. Məşqçi ilə klub rəhbərliyi arasında 1 həftə davam edən danışıqlar müsbət yekunlaşmayıb.

“Göztəpə”nin Hamza Hamzaoğlu və ya İbrahim Üzülməzdən biriylə anlaşacağı deyilir.

Qeyd edək ki, İzmir təmsilçisi tez-tez iş yerini dəyişməsi ilə yadda qalan Yılmaz Vuralın karyerası ərzində çalışdırdığı 33-cü klub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right