Volkan Dəmirələ Azərbaycan klubundan təklif

“Fənərbaxça”nın futbolçusu Volkan Dəmirəl Azərbaycan klubunun maraq dairəsindədir.

Newsport.az-ın məlumatına görə, bunu təcrübəli “çərçivə qoruyucu”sunun meneceri Erdinç Şehit deyib.

“BeİN Sports” telekanalına açıqlama verən menecer Volkanın gələcək karyerasından danışıb. O, 3 müxtəlif ölkədən təklif alan əlcək sahibinin hazırkı klubunda qalmaq istədiyini deyib: “Fənərbaxça” ilə maliyyə məsələsini müzakirə etməyimiz mümkün deyil. Biz heç vaxt pul söhbəti etmərik. Volkan karyerasını “Fənərbaxça”da başa vurmaq niyyətindədir. İndinin özündə belə, Azərbaycan, İtaliya və Amerikadan təkliflər var. Ancaq “Fənərbaxça”dan başqa komanda istəmirik. Transfer dönəmi açıldıqdan sonra klubla görüşümüz olacaq. Mövsüm başa çatdıqdan sonra İtaliya klublarından birindən təklif alsaq da, razılıq vermədik”.

Qeyd edək ki, “Fənərbaxça” ilə müaviləsi başa çatan futbolçunun adı bir müddət öncə “Qarabağ”la birgə hallanırdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right