"Azərbaycanla oyun ərəfəsində məğlub olmaq yaxşı olmazdı" Şimali İrlandiyanın futbolçusu

“Azərbaycanla oyun ərəfəsində məğlub olmaq yaxşı olmazdı. Bakıdakı qarşılaşmaya qalib ruhu ilə çıxmaq bizim üçün əla motivasiyadı”.

Newsport.az-ın məlumatına görə, bu sözlər DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evansa məxsusdur.

Ölkəsinin mətbuatına müsahibə verən “Vest Bromviç”in futbolçusu taktiki düzümdən söz açıb: “Yeni Zellandiya ilə yoldaşlıq oyununa 3-5-2 düzümü ilə başlasaq da, baş məşqçimiz oyunun gedişində 4-4-2 sxemindən də istifadə elədi. Düşünürəm ki, həmin sxemdə pis oyun sərgiləmədik. Məsələn, mən 3 müdafiəçi ilə oynayanda özümü əla hiss edirəm. Xoşuma gələn tərəfi odu ki, bu sistem tətbiq ediləndə cinahlar daha hərəkətli görünür. İki mərkəz müdafiəçisi ilə oynayanda isə hər dəfə irəli çıxmağa imkan olmur. Oyunumuzu mükəməlləşdirməyin yollarını tapmalıyıq”.

29 yaşlı oyunçu Şimali İrlandiya yığmasındakı mərkəz müdafiəçilərinin hazırkı durumundan da bəhs edib. Onun fikrincə, Aron Hyuz və Qaret Makauli 37 yaşlarının olmasına baxmayaraq, hələ də yüksək səviyyədə çıxış edə bilirlər: “Hyuz Yeni Zelandiya ilə matçda millidə 105-ci matçına çıxdı və necə oynadığını hamı gördü. O, bir növ digər müdafiəçimiz Qaret Makauliyə oxşayır. Hər ikisi yaşının çoxluğuna baxmayaraq, atletik və gənclərə nümunədi. O ki qaldı Tom Flanaqana, onun oyunundan çox xoşum gəlir. Topla yaxşı davranır və rəqib pressinq tətbiq edəndə özünü itirmir. Yeni Zelandiya ilə matçı da yüksək səviyyədə keçirdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right