"Azərbaycan millisi çox sərt oynayacaq" Ferqysuon

Şimali İrlandiya yığmasının hücumçusu Şeyn Ferqyuson açıqlama verib.

Newsport.az xəbər verir ki, İngiltərənin "Milliuol" klubunda oynayan Ferqyuson millimizlə oyunöncəsi fikirlərini bildirib:

“Heyətimizdə Kris Brant və Oliver Norvud kimi futbolçular varsa, deməli, qol vurmaq şansımız çox olacaq. Qol vurmağın üzərində çox çalırşıq. Əsas “silah”ımız budur. Ümid edirəm ki, Azərbaycanda qol imkanlarımızı dəyərləndirə biləcəyik. Baş məşqçinin etimadını doğrultmaq üçün üzərimdə işləyirəm. Bakıdakı görüşdə meydanda olmaq istəyirəm. Bizi ağır oyun gözləyir. Azərbaycanın çox sərt oynayacaq. Evdə xal itirmək istəməyəcəklər. Yaxşı nəticə qazanmağa çalışacaqlar. Belfastdakı matçdan sonra statistik göstəricilərdə Azərbaycanın topa daha çox sahib olduğunu görmüşdük. Deməli, rəqibi qiymətləndirməmək olmaz”.

Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right