Şimali İrlandiya millisinin hücumçusu zədələndi

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Şimali İrlandiyanın heyətində itki baş verib.

Newsport.az-ın məlumatına görə, rəqibimizin hücumçusu Liam Boys sıradan çıxıb. 26 yaşlı forvard Yeni Zellandiya ilə keçirilən hazırlıq matçında (1 - 0) zədələnib. Həkimlər onu millimizlə oyuna kimi hazır etməyə çalışır

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya qarşılaşması 10 iyun tarixndə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right