Arda Turan "Arsenal"da

"Barselona"da Luis Enrikenin gedişindən sonra növbəti ayrılıq Arda Turanla bağlıdır.

Newsport.az-ın məlumatına görə, qışdan bəri Çin klublarından fantastik təkliflərə malik türk futbolçu katalon klubunda qalmağı üstün tutmuşdu. Lakin komandanı yeniləməyi düşünən rəhbərlik Ardanı saxlamaq fikrində deyil.

Türk futbolçuya maraq böyük olduğundan onun üçün yeni komanda tapmaq çətinlik törətməyib. Futbolçunun müştərisinin bildirdiyinə görə artıq "Arsenal"la hər şey razılaşdırılıb. Yaxın günlərdə transferlə bağlı rəsmi məlumat veriləcək.

Bir müddət əvvəl verilən məlumata görə "Barselona" Ardanı 25 milyona satmağa razı idi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right