Azərbaycanlı futbolçular Türkiyə klubunda

Azərbaycanlı futbolçular - İlham Allahverdiyev və son mövsümü “Şəmkir”də keçirən Əlimirzə Daşzərini karyeralarını Türkiyədə davam etdirəcəklər.

Newsport.az saytına bu barədə Allahverdiyev məlumat verib. Gənc hücumçu bildirib ki, son mövsümdə də formasını geyindiyi Türkiyənin Bal liqasında çıxış edən “Çəngəlköyspor” klubu ilə yenidən anlaşıb.

“Çəngəlköyspor” yenidən komandanı yığır. Məni də dəvət ediblər. Mən də Əlimirzə haqda danışdım onlara, videosuna baxdılar, bəyəndilər. Artıq müqavilə bağlamağa dəvət ediblər”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right