Almaniya millisində şok itki: Yığmamızla oyunu buraxacaq

“Borussiya”nın yarımmüdafiəçisi Marko Roys Almaniya kubokunun “Ayntraxt”a qarşı keçirilən final matçında ağır zədə alıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı futbolçu matçın ilk hissəsinin ortalarında zədələnib. Ona bir neçə dəfə yardım göstərilib və meydana qayıdıb. Amma fasilədən sonra futbolçu əvəzlənib.

Roys özü çarpaz bağlarında problemlər ola biləcəyini deyib. Əgər bu ehtimal təsdiqlənərsə, o zaman Dortmund klubunun oyunçusu yarım il yaşıl meydanlardan kənarda qala bilər.

Morkonun Azərbaycan milli komandası ilə oyunda Almaniya yığmasına kömək edə bilməyəcəyi gözlənilir. Roys bu ilin martın 26-da Bakıdakı qarşılaşmada da zədə üzündən heyətdən kənarda qalmışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right