"Neftçi"nin qapıçısı: "Prosineçki milli komandada yaxşı işlər görmək istəyir"

"Neftçi”nin monteneqrolu qapıçısı Boyan Baykoviç Serbiya mətbuatına açıqlama verib. 

 

Sportinfo.az-ın məlumatına görə, "ağ-qaralar"ın qolkiperi “Srvena Zvezda”da oynadığı illəri xatırlayıb:

 

“Ora mənim evimdi. Həmişə bu komandaya qayıtmaq istəyəcəm. Düşünürəm ki, burada böyük qapıçılar yetişəcək. Manoyloviç, Kahriman və Supiç kimi davamçılar var. Fikrimcə, hazırda bu kluba lazım deyiləm. Komandanın uğurlu çıxış edəcəyinə inanıram”.

 

O, Azərbaycandakı karyerasından və Robert Prosineçkidən də danışıb: “Orada hər şey yaxşıdı. Düşünürəm ki, uğurla davam edəcəyik. Robert Prosineçkini görürəm. O, milli komandada yaxşı işlər görmək istəyir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right