Barselona təmsilçisi argentinalı hücumçu ilə maraqlanır

"Valensiya"nın hücumçusu Pablo Piyatti komandadan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu ilə "Espanyol" yaxından maraqlanır.

Barselona təmsilçisi forvard üçün "yarasalar"a 30 milyon avro təklif etməyi planlaşdırır. "Espanyol" hücumçuya illik 1,5 milyon avro ödəməyə hazırdır. Futbolçu ilə 2020-ci ilə müqavilə imzalanması planlaşdırılır.

Qeyd edək ki, Pablo Piyatti bu mövsüm "Valensiya"nın heyyətində 30 matçda 10 qol vurub, 10 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right