Sampaoli: "Buradan yalnız Argentina üçün ayrılaram"

"Sevilya"nın baş məşqçisi Xorxe Sampaolinin Argentina milli komandasını çalışdıracağı ilə bağlı ehtimallar artmaqdadı.

Newsport.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı "tanqoçular"dan təkluf aldığını etiraf edib. Argentinalı çalışdırıcı mətbuat konfransında ölkəinin millisininin sükanı arxasına keçmək üçün "Sevilya" rəhbərliyi ilə danışacağını bildirib:

"Ölkəmin milli komandasını çalışdırmaqla bağlı bir tələb var. Gəncliyimdən bəri yığmanın baş məşqçisi olmağı arzu edirəm".

57 yaşlı çalışdırıcı Argentina yığmasını çalışdırması üçün federasiya ilə "Sevilya"nın anlaşmalı olduğunu deyib:

"Əgər tərəflər arsında razılıq əldə olunmasa, "Sevilya"dan ayrılmayacam. Buradan yalnız Argentina üçün ayrılaram. Bu, rədd edə biləcəyim bir təklif deyil".

Qeyd edək ki, Sampaolinin Əndəlus təmsilçisi ilə 1 illik müqaviləsi mövcuddu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right