"Qalatasaray" Avropa nəhənglərini geridə qoydu

İspaniyanın “El Mundo Deportivo” nəşri cari mövsümdə Avropada forması ən çox satılan klubları açıqlayıb.

Newsport.az-ın məlumatına görə, ispan həmkarlarımızın hazırladığı siyahının ilk pilləsində İngiltərə nəhəngi “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı şeytanlar”dan sonrakı pillələrdə müvafiq olaraq “Real”, “Barselona” və “Bavariya” yer alıb.

Türkiyə təmsilçisi “Qalatasaray” bu siyahıda Avropanın bir çox nəhəng klublarını geridə qoyub. Ötən mövsümü 6-cı pillədə başa vuran “cim-bom”, uğursuz çıxışa rəğmən, 368 min forma sataraq, əzəli rəqibi “Fənərbaxça”yla yanaşı, Avropanın “Mançester Siti”, “Milan”, “İnter” kimi klublarını da üstələyib.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz