Sabiq "Qarabağ"lı mövsümü bombardirlər sırasında başa vurdu

Holandiya Eredviziyasında 2016/17 mövsümünə yekun vurulub. “Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros çıxış etdiyi "Herakles" klubunda 19 vurmaqla mövsümü bombardirlər sırasına başa vurub.

Newsport.az-ın məlumatına görə, Armenteros yalnız “Feyenoord”un hücumçusu Nikolay Yorgensendən (21 qol) və "Vitess"in forvardı Rikki van Volfsvinkeldən geri qalıb.

 

Nikolay Yorgensen ("Feyenoord") - 21 qol

Rikki van Volfsvinkel ("Vitess") - 20 qol

Reza Qoçannedjat ("Herenven") - 19 qol

Samuel Armenteros ("Herakles" - 19 qol

Enes Ünal ("Tvente" - 18 qol

Mimun Mahi ("Qroningen") - 17 qol

Kasper Dolberq ("Ayaks") - 16 qol


Qeyd edək ki, 2015/2016 mövsümündə "Qarabağ"da çıxış edən 26 yaşlı hücumçu 23 oyuna 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right