Riçard Tova: "Azərbaycan yığması bizə problem yaratdı"

"Təşkilatçı ölkə ilə oynamaq çox xoş idi. Hər iki komanda qələbə qazanmaq üçün bütün səylərini səfərbər etdilər. Azərbaycan yığması taktiki və müdafiə baxımından bizə problem yaratdılar. Qol vurmaq üçün bir neçə imkanımız oldu".
Newsport.az-ın məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Kamerun milli komandasının baş məşqçisi Riçard Tova IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsi çərçivəsində Azərbaycan yığması ilə 0:0 heç-heçədən sonra deyib.

Kameranlu mütəxəssis bildirib, hər iki kollektiv bir-birinə hörmətlə yanaşıb. O, matçı yüksək qiymətləndirdiklərini söyləyib: "Azərbaycan millisi nə bizim, nə də özlərinin qol vurmasına imkan yaratdı. Ancaq deməliyəm ki, hər iki tərəf meydandan mehribanlıqla ayrıldı. Süni örtüklü qazonda oynamaq bizə problem yaratmadı. Çünki Kamerunda da belə örtüklü meydançalar var. Bu gün Mərakeşin də, Azərbaycanın da oyununu gördüm. Hər ikisinin özünəməxsus oyun tərzi var. Bu üzdən konkret qrupumuzda favoritin adını çəkə bilmərəm. Hakimlikdən narazı qalmadım".

R.Tova "Sumqayıt" komandası ilə yoldaşlıq matçına da toxunub."Biz heç vaxt bu regionun komandası ilə oynamamışdıq. Ona görə də "Sumqayıt"la oyun bizə çoxlu dərslər verdi. Həmin matçdan da qələbə ilə ayrıla bilməsək də, həmin matçdan çox şey öyrəndik".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right