"Liverpul"da yeni müqavilə

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə,  "qırmızılar" xorvatiyalı müdafiəçi Deyan Lovrenin müqavilə müddətini artırıb. 

Yeni müqavilənin şərtlərinə görə, 27 yaşlı futbolçu 2021-ci ilin yayına qədər "Liverpul"un uğurları üçün çalışacaq. Onun həftəlik qazancı 100 min funt-sterlinq olacaq.

Mərkəz müdafiəçisi klubun rəsmi saytına verdiyi açıqlamada xoşbəxt olduğunu dilə gətirib: "Bu gün mənim üçün çox əla gündü, ailəm də sevinir. Klubum mənə inanır və uzun müddət "Liverpul"da qalmaq istəyirəm".

Qeyd edək ki, Lovren 2014-cü ildə "Southempton"dan "Liverpul"a transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right