"Real"da Beyl şoku

İspaniya La Liqasının XXXIII turunda "Barselona" ilə oyunda (2 - 3) zədələnən "Real"ın futbolçusu Qaret Beylin durumuna aydınlıq gəlib. 

Newsport.azn məlumatına görə, uelsli futbolçu 3-4 həftə komandaya kömək edə bilməyəcək. Klubun rəsmi saytında yer alan məlumata görə, ulduz futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin "Atletiko"ya qarşı keçiriləcək hər iki matçının buraxmalı olacaq. 

Qeyd edək ki, "Atletiko" ilə ilk oyun mayın 2-də, cavab oyunu isə bundan 1 həftə sonra keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right