Budaq Nəsirovsuz "Sportinq" qalib gəldi

Portuqaliya Sequndasında 38-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" evdə "Gimaraynş"ın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0. Nəsirovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

"Sportinq"in ikinci komandası hazırda 53 xalla 22 komanda arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right