Pike: "Serxio Ramos peşman olacaq"

İspaniya La Liqasının 33-cü turunda "Barselona" səfərdə əzəli rəqibi "Real"ı məğlub edib - 3:2.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra Kataloniya klubunun müdafiəçisi Jerar Pike matçda qırmızı vərəqə alan Madrid təmsilçisinin kapitanı Serxio Ramos haqda danışıb. Pike Ramosun peşman olacağını deyib:

"Ramos evə gedəndə, açıq-aşkar qırmızı vərəqə olduğunu görəcək. Həmin epizodu təkrar izləyəndə isə peşman olacaq. 100 faiz qırmızı vərəqə idi. Qırmızı vərəqədən sonra Ramos mənə işarə etdi, amma qərar düzgün idi. "Santiaqo Bernabeu"da hakim yaxşı oyun idarə edəndə "pis insan" adını alır".

Qeyd edək ki, Ramos matçın matçın 77-ci dəqiqəsində Messiyə qarşı etdiyi kobudluğa görə birbaşa qırmızı vərəqə alıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right