Türkiyə Super Liqasında çıxış edən futbolçu intihar etdi

Türkiyənin “Qaziantepspor” klubunun futbolçusu Frantsek Rajtoral intihar edib.

Newsport.az-ın məlumatına görə, çexiyalı futbolçu Qaziantepdə tək yaşadığı  evində özünü tavandan asıb. Oyunçunun evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər.

Futbolçunun ailəsi ilə problemi olduğu üçün intihar etdiyi iddia edilir.

Qeyd edək ki, Rajtoral "Qaziantepspor"a mövsümün əvvəlində transfer olunub. O, Antep təmsilçisinin heyətində 12 matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right