Nuri Şahin yenə də zədələndi

Almaniya Bundesliqasının 30-cu turunda səfərdə Münhenqladbax “Borussiya”sına qalib gələn (3:2) Dortmund “Borussiya”sı itki ilə üzləşib.

 

Newsport.az xəbər verir ki, matçın 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Nuri Şahinin zədəsinin ciddi olduğu deyilir. Klubun idman direktoru Mixael Zork yerli mətbuata açıqlamasında futbolçunun ayağında qırıq olduğunu, növbəti turlarda böyük ehtimalla şans qazana bilməyəcəyini deyib.

 

Xatırladaq ki, uzun müddət zədədən əziyyət çəkən 28 yaşlı futbolçu sıraya yeni qayıtmışdı. Şahin cari mövsümdə cəmi 4 oyunda şans qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right