"Bakı"nın sabiq baş məşqçisinin yeni iş yeri məlum oldu

"Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkov özünə yeni iş yeri tapıb.

Newsport.az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis Latviya millisinin baş məşqçisi təyin edilib. Bu haqda Latviya Futbol Federasiyasının saytı məlumat yayıb.

Qeyd edək ki, Starkov buna qədər iki dəfə (2001-2004 və 2007-2013-cü illərdə) Latviya millisinin baş məşqçisi olub. O, bu vəzifədə çalışarkən eyni zamanda “Bakı” klubunun (2011-12) baş məşqçisi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right