"Real"dan tarixi uğur

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya”nı 4:2 hesabıyla məğlub edərək yarımfinala adlayan “Real” rekorda imza atıb.

 

Newsport.az xəbər verir ki, Madrid klubu ardıcıl 7-ci dəfə qitənin ən nüfuzlu klub turnirində yarımfinala yüksəlib. “Kral klubu” bununla əzəli rəqibi olan “Barselona”nı qabaqlayıb. Katalonlar bu uğuru 6 dəfə təkrarlamışdılar.

 

Qeyd edək ki, "Real" ÇL-də 2010/11-ci il mövsümündən etibarən hər il yarımfinal mərhələsinin iştirakçısı olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right