Ukraynada azərbaycanlı futbolçuların qarşılaşması sülhlə başa çatdı

Ukrayna Premyer Liqasında 25-ci tur davam edir. 

Newsport.az-ın məlumatına görə, bu turda milli komandamızın oyunçuları Dmitri Nağıyev və Pavel Paşayevin şərəfini qoruduqları “Dnepr” və “Stal” üz-üzə gəliblər.

Həmyerlilərimizin komandalarının qarşılaşmasında qalib müəyyənləşməyib - 0:0. Həm Pavel, həm də Dmitri oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olublar.

25 oyundan sonra hesabında 28 xal olan “Stal” 8-ci, “Dnepr” isə 12 xalla 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right