Nazarov "Nürnberq"ə qarşı 67 dəqiqə oynadı

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzqebirge Aue" Almaniyanın 2-ci bundesliqasında növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda 29-cu turda səfərdə “Nürnberq”lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Matça start heyətində başlayan D. Nazarov 67-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki,  "Erzqebirge Aue" 29 turdan sonra 32 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right