Danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırıldı

İtaliyanın "Cenoa" klubunun futbolçusu Armando İtso 1,5 il müddətinə futboldan kənarlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, səbəb 25 yaşlı müdafiəçinin danışılmış oyunlarda iştirak etməsidir. Martın əvvəllərində İtaliya Futbol Federasiyasının B Seriyasında çıxış edən "Avellino"un danışılmış oyunlarda mümkün iştirakını araşdırdığına dair xəbərlər yayılıb.

Ötən ilin mayında isə bu komandanın 2013-2014 mövsümündə "Modena" (0:1) və "Recina" (3:0) ilə görüşləri şübhəli oyunlar siyahısına düşüb. Həmin vaxt "Avellino"da çıxış etmiş İtso lazımi nəticələrin təşkilində ittiham olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right