Özil: “Azərbaycan bizə qarşı 200 faiz güc sərf edəcək”

Almaniya millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Məsud Özil açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu zədəsindən danışıb:

“Artıq özümü yaxşı hiss edirəm. Bakıda meydana çıxmağa hazıram. Problemim yoxdu”.

Özil millimizlə keçirəcəkləri oyun haqda da danışıb:

“Bizim bir məqsədimiz var: qalib gəlmək. Biz kifayət qədər keyfiyyətli komandayıq. Azərbaycan millisi 4 oyundan sonra 7 xal toplayıb və yaxşı şansları var. Rəqib son dünya çempionuna qarşı sona qədər mübarizə aparacaq. Azərbaycan bizə qarşı 200 faiz güc sərf edəcək”.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right