Dəniz Yılmazın komandası darmadağın oldu

Türkiyə superliqasında 22-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

“Rizespor” öz meydanında “Kayserispor”u qəbul edib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.  

Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” isə səfərdə “Kasımpaşa”nın qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qeyd edək ki, “Kayserispor”la oyunda aldığı qırmızı vərəqəyə görə iki oyunluq cəzalanan Dəniz Yılmaz matçı kənardan izləyib.


24 fevral

Türkiyə superliqası

XXII tur
 
“Rizəspor” – “Kayserispor” - 2:4
Qollar:
 Kveuke, 5, 90 (pen.) - Laval, 15, Vural, 43, Velliton, 76, 90+3
 
“Kasımpaşa” – “Bursaspor” - 4:0
Qollar:
 Titi, 44-pen. Koyta, 63, 68, Tunay Torun, 77
Qırmızı vərəqə: Ertuğrul Ersoy, 42 ("Bursaspor")





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right