Neymarı vurmağın cəzası açıqlandı

La Liqanın 9-cu turu çərçivəsində keçirilən "Valensiya" - "Barselona" (2:3) matçında yerli azarkeşlərin oyunun son dəqiqəsində meydana yad əşyalar atması cəzasız qalmayıb.
Newsport.az-ın məlumatına görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi meydan sahiblərini 1500 avro dəyərində cərimələyib.
Bundan başqa "Valensiya"ya sonuncu xəbərdarlıq edilib. Növbəti dəfə eyni hadisə təkrarlansa, klub azarkeşsiz oynamaq məcburiyyətində qalacaq.
 
Qeyd edək ki, Messinin penaltidən fərqlənməsindən sonra meydana atılan butulkalardan biri Neymarın başına tuş gəlmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right