İtaliya millisinin üzvü "Yuventus"a keçir

"Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo yenidən İtaliyaya qayıda bilər.

Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçunun "Yuventus"a keçmək ehtimalı var. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Təcrübəli orta xətt oyunçusunun meneceri onu "Yuventus"a təklif edib. Turin təmsilçisi yayda azad agnet statusunda olacaq yarımmüdafiəçinin transferinə isti yanaşır.

Qeyd edək ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvar ayında "Çelsi"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right