Qvardiola “Mançester Siti”dən ayrılmaq niyyətindədir

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı qərar verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 2025-ci ildə, müqaviləsi başa çatdıqdan sonra komandanı tərk etmək niyyətindədir. Bundan sonra o, məşqçilik karyerasına fasilə vermək istəyir.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O vaxtdan bəri “şəhərlilər” beş dəfə İngiltərə çempionu olub, iki dəfə ölkə kubokunu və superkubokunu qazanıb, ötən il isə tarixlərində ilk dəfə Çempionlar Liqasının qalibi olublar.

53 yaşlı məşqçi bundan əvvəl “Bayern” və “Barselona”nı çalışdırıb.

28 turdan sonra “Mançester Siti” 63 xalla İngiltərə çempionatının turnir cədvəlində “Arsenal” və “Liverpul”dan bir xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right