PSJ-nin iki futbolçusu zədəsini sağaltdı

PSJ-nin futbolçuları Markinyos və Marko Asensio zədələrini sağaldıblar.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi və 28 yaşlı hücumçu artıq komanda ilə məşqlərə başlayıblar. Onlar milli komandaların oyunları ilə əlaqədar beynəlxalq fasilə başa çatdıqdan sonra Paris təmsilçisinə kömək edə biləcəklər.

Xatırladaq ki, Markinyos cari mövsümdə 26 oyun keçirib və 2 qolun ötürməsini verib. Asensio isə 19 oyunda 5 qol vurub və 4 qolun ötürməsini edib.

PSJ Liqa 1-də növbəti matçını "Marsel"lə keçirəcək. Görüş martın 31-də oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right